“Müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderləri sülh danışıqlarına hazır olmalıdır”.
Teleqraf xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte deyib.
“Ukrayna Prezidenti Volodimir Zelenski belə danışıqlara hazırdır, o, danışıqlar masasına oturmağa can atır. Amma Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil”, - baş katib bildirib.
Rutte əlavə edib ki, bu kontekstdə Ağ Ev müharibəyə son qoymaq cəhdlərində böyük rol oynayır:
“Mən həmişə ABŞ-nin mövqeyinə müsbət yanaşmışam”.