Medvedev: İsrail İrana görə qisas almağa davam edəcək

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, İsrail İrana qarşı planlarının tam həyata keçməməsindən narazıdır və buna görə də regionda yeni addımlar atacaq.

Sherg.az xəbər verir ki, Medvedevin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu hökuməti müharibə şəraitinin davam etməsində maraqlıdır. O hesab edir ki, Livana yeni zərbələr və ya digər təxribatlar regionda gərginliyi yenidən artıra bilər.

Rusiyalı siyasətçi həmçinin qeyd edib ki, İran ABŞ qarşısında məğlub olmayıb və gələcəkdə Hörmüz boğazı üzərindəki təsir imkanlarından istifadə edə bilər.

Xatırladaq ki, İran və ABŞ arasında İsveçrədə nəzərdə tutulan sülh sazişi üzrə danışıqların Livandakı son hadisələr fonunda baş tutmadığı bildirilir.