Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev iyunun 12-də öz Telegram kanalında Rusiyanın düşmənlərini nə gözlədiyini nümayiş etdirib.
Sherg.az xəbər verir ki, o, paylaşdığı videoda Almaniya kansleri Fridrix Merts, Ursula fon der Lyayen və Böyük Britaniyanın baş naziri Kir Starmernin portretlərinin kağızdoğrayan maşına (şrederə) atıldığını göstərib.
Medvedev Rusiya Günü münasibətilə vətəndaşları təbrik edərək yazıb:
“Heç bir düşmən Vətənimizin inkişafına və çiçəklənməsinə mane ola bilməyəcək”.
O, paylaşımını “Rusiya Günü mübarək!” sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Medvedev daha əvvəl Qərb ölkələrinin Rusiyaya qarşı hibrid müharibə apardığını bildirmişdi. Onun sözlərinə görə, bu mübarizə yalnız siyasi və iqtisadi sahələri deyil, həm də mədəni müstəvini əhatə edir. Medvedev hesab edir ki, Qərb ölkələri öz addımları ilə rus sivilizasiyasının əsrlər boyu formalaşdırdığı dəyərləri və mədəni irsi zəiflətməyə çalışırlar.