Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb

Yeni təhlükəsizlik zolağı Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Max" kanalında bildirib .

O, Kiyev və onun sponsorlarının Rusiya qoşunları tərəfindən Kostyantinovkanın ələ keçirilməsinə reaksiyasını şərh edərkən bildirib: "Öz ikiüzlülüyünün qusmağında boğulan yalançı alçaqlar, özünüzü aldatmayın! Həqiqət qalib gələcək. Dövlət başçısının dünən elan etdiyi yeni təhlükəsizlik zonası isə Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən keçəcək".