ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp Rusiya və Ukraynadan olan uşaqların ailələrinə qaytarılması üzərində işlədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, ABŞ-ın birinci xanımı "Fox News" müsahibəsində deyib: "Rusiya və Ukrayna ilə birbaşa əlaqə xəttimiz var. Nümayəndəm bunun üzərində işləyir. Və biz daha bir ailənin yenidən birləşməsi üzərində işləyirik".
M.Tramp qeyd edib ki, mümkün qədər çox uşağı valideynləri ilə yenidən birləşdirmək niyyətindədir: "Bu, mənim də ağlımdadır. Birlikdə işləyirik. Çox müsbət münasibətlərimiz var. Və onlar nəyə nail olmağa çalışdığımızı başa düşürlər”.
Rusiya prezidenti Vladimir Putin 8 sentyabrda ABŞ Baş Qərargah rəisi Donald Trampla telefon danışığı zamanı həyat yoldaşının rus və ukraynalı uşaqların ailələrinə qaytarılması səylərini müsbət qiymətləndirib.