Mer:“Sumıda aviasiya zərbələrindən sonra vəziyyət daha faciəvi idi”
Yusif Nəzərli
10:39 18.04.2022
Dünya
608
Sumı şəhərində aviasiya zərbələrindən sonra sadəcə bir-iki ev deyil, hər birində 10-12 evin yerləşdiyi küçələr, infrastruktur obyektləri dağıntılara məruz qalıb, səkkiz küçəyə xeyli zərər dəyib.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Sumı şəhərinin meri Aleksandr Lısenko bildirib.
“Sumı şəhərinə fevralın 24-dən daxil olmuşdular. Həmin vaxt onlar 1000-dən çox maşının daxil olduğu karvanla Kiyev istiqamətində hərəkət edirdilər. Çünki hücumdan sonra şəhərin müdafiəsinin fəal şəkildə gücləndirilməsinə başlanıldı. Bu işdə təkcə şəhərimizə göndərilmiş hərbi qüvvələr deyil, həm də şəhəri tərk etməmiş şəxslərdən formalaşdırılmış könüllü dəstələr iştirak edirdilər”, - mer bildirib.
O qeyd edib ki, müdafiə təşkil edildikdən sonra şəhər qalaya çevrilmiş oldu:
“Martın 24-25-i baş tutmuş döyüşlərdən sonra işğalçılar şəhərdən çıxarılmışdılar. Onlar dörd istiqamətdə şəhərə gələn yollar üzərində yerləşmişdilər. Prinsipcə, atəşə tutulmayan yeganə yol da təhlükəsiz deyildi. Deyə bilərəm ki, işğalçılara qarşı qurulmuş qurğular indiyədək qalmaqdadır. Lakin artıq üzərində işlər aparıldıqdan sonra onlar daha da möhkəmləndirilib. Düşmənin ayyarım ərzində şəhərə daxil olmaq cəhdləri uğurla nəticələnmədi. Bundan sonra şəhər artilleriya atəşinə tutuldu. Mərmilərin çoxu şəhərin kənarlarına düşsə də, bəzən mərkəzə də düşürdü. Təbii ki, aviasiya zərbələrindən sonra vəziyyət daha faciəvi idi. Hücumun ilk günlərində aviasiya zərbələrinə qarşı müqavimət göstərmək çətin idi. Şəhəri müdafiə edən qüvvələrin bunun üçün imkanları yox idi. Buna görə də ən faciəvi hadisələr yaylım atəşi, raket və aviasiya zərbələrindən sonra yaşanırdı. Ölənlər əsasən dinc sakinlər və ilk günlərdən şəhərin müdafiəsinə qalxan şəxslərdir”.
Lısenko qeyd edib ki, lap əvvəldən məlumat siyasətinin əsasında düşmənin ondan istifadə etməməsi dururdu:
“Bizim problemlərimizin olduğunu və onlardan çıxış yollarını deyirdik, amma konkretləşdirmək istəmirdik. Məqsədimiz düşmənin şəhərə daxil olmasına imkan verməmək və normal həyat şəraitini təmin etmək idi. Məsələn, ilk zərbələr elektrik enerjisi infrastrukturuna vurulmuşdu. Su təminatı da dayanmışdı. Məktəblərdə dərslər dayandırıldığından uşaqlar evdə idilər. Maksimum təxliyə işləri görməyə çalışırdıq, amma insanları xəbərdar etmişdik ki, biz artıq düşmənin arxasında qalmışıq.
Onların şəhərə daxil olacağı təqdirdə vəziyyətin necə olacağını demək çətin idi. Biz düşmən atəşlərini gözləyirdik, lakin maksimum şəkildə çalışırdıq ki, infrastrukturu və ilk növbədə, insanları qoruyaq. Hava həyəcanı ilə insanlar xəbərdar edilirdilər. Lakin əsas məsələ sakitliyi təmin etmək idi. Qadınlar, uşaqlar və qocaların olduğu ailələr şəhərdən çıxarılmalı idi. Bu məqsədlə yeddi humanitar dəhliz yaradılmışdı. 50 minədək insan bu imkandan istifadə etmişdi. Şəhər müdafiəçiləri bundan sonra şəhəri daha rahat müdafiə edə bilərdilər”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı