Milyonlarla insan evindən çıxa bilmir
Yusif Nəzərli
21:18 15.04.2022
Dünya
939
Şanxayda sərt karantin rejimi tətbiq olunub
Əhalisinin sayı 26 milyon olan Şanxayda koronavirusa yüksək yoluxma sayı karantin şərtlərinin daha da sərtləşdirilməsinə səbəb olub. “Habertürk.com” xəbər verir ki, sərt karantin rejiminin geri döndüyü şəhərdə milyonlarla insan evə qapalı durumdadır. Bir neçə gün əvvəl karantin qaydalarının yumşaldılacağı bildirilmişdi, lakin yoluxma sayındakı kəskin artım Çin hökumətini Şanxayla bağlı sərt qərarlar verməyə məcbur edib. Evlərinə qapalı qalan şəhər sakinləri isə ərzaq və dərman qıtlığı yaşayır.
Bu barədə “Associated Press” məlumat yayıb. Agentliyin məlumatına görə, Şanxayda milyonlarla insan ərzaq və dərman preparatları əldə etməkdə çətinlik çəkir. Agentliyə danışan şanxaylı gənc Grape Chen iflic keçirmiş xəstə atası üçün dərman almaqda çətinlik çəkir. Həkimlər əgər dərmanlar alınmazsa atasının ikinci dəfə iflic keçirəcəyini, vəziyyətinin daha da ağırlaşacağını bildiriblər.
20 gündür karantin altında qaldığını söyləyən gənc hələ 23 martda ölkəni tərk etmək istədiyini, lakin müvəffəq olmadığını deyib. G.Chen kömək üçün polisə zəng edib, lakin ona “sizə kömək edə bilməyəcəyik. Polislər də karantin altındadır” cavabı verilib. Yaponiyalı Hiyane isə aprelin əvvəlində Şanxaya gəlib və burada sərt karantinlə üzləşib. Niyane bir həftədir evə yemək sifariş etdiyini, amma sifarişlərinin yerinə yetirilmədiyini deyib.
Şanxayda son 24 saatda 3 min 200 nəfərdə koronavirus aşkarlanıb. Statistikanın birdən-birə yüksəlməsi karantin rejiminin uzadılmasına, həm də sərtləşdirilməsinə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı