Misirin paytaxtı Qahirənin şərqindəki “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bütün zərərçəkənlər artıq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyi hadisənin hədiyyə mağazasında baş verdiyini və partlayış nəticəsində yanğın olduğunu bildirib. Nazirlik əlavə edib ki, yanğın söndürülüb və təhlükəsizlik qüvvələri hadisənin səbəblərini araşdırır.