Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin kənd təsərrüfatı mallarının idxalına qoyulan məhdudiyyətlərin "siyasi sanksiya" olması barədə Ermənistanda yayılan iddiaları spekulyasiya adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Rusiyalı diplomat bu bəyanatların həqiqəti əks etdirmədiyini vurğulayıb: "Rusiya nəzarət qurumları idxal olunan məhsullara qarşı standart fitosanitar təhlükəsizlik tələbləri irəli sürür. Erməni tədarükçülər bu şərtlərdən tam məlumatlıdırlar".
Qaluzin qeyd edib ki, Rusiya bazarına məhsul buraxılışı üçün əsas şərtlər pestisidlərin miqdarına ciddi nəzarət, şəffaf tədarük zənciri və malın yerli xammaldan istehsal olunmasının rəsmi təsdiqidir
O, bu cür texniki məsələlərə siyasi rəng vermək cəhdlərini ictimai rəyi manipulyasiya etmək addımı kimi qiymətləndirib.