NASA tarixində ilk dəfə tibbi səbəblə həyata keçirilən təxliyə planı çərçivəsində Crew-11 missiyasının astronavtları bu gecə Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edərək Yerə qayıdacaq.
Sherg.az xəbər verir ki, dönüş prosesi canlı yayımlanacaq.
SpaceX-in Crew Dragon Endeavour kapsulu Bakı vaxtı ilə saat 00:05-də BKS-dən ayrılacaq. Astronavtların 15 yanvar tarixində Kaliforniya sahillərində Sakit okeana eniş etməsi planlaşdırılır.
NASA sağlamlıq problemi ilə bağlı detalları və təsirlənən astronavtun kimliyini açıqlamayıb. Canlı yayımlar NASA+, NASA-nın YouTube kanalı, eləcə də SpaceX-in rəsmi platformaları üzərindən izlənilə biləcək.