NATO-nun sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq

ABŞ Prezidenti Donald Tramp sabah Türkiyədə başlayacaq NATO Zirvə Toplantısında Ukrayna ilə Rusiya arasında razılığa gəlmək üçün çıxış yolu axtaracaqlarını bildirib.

Teleqraf xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsindən danışıb: "Biz NATO-ya gedəcəyik, məsələni müzakirə edəcəyik və düşünürəm ki, bunu edəcəyik".

Tramp iki ölkə arasında müharibəni dayandırmaqda uğur qazanacağına ümid etdiyini təkrarlayıb: "Düşünürəm ki, Ukraynadakı müharibəyə son qoymağa çox yaxınıq. Həm Rusiya, həm də Ukrayna liderləri razılığa gəlmək istəyirlər".

Rusiya-Ukrayna müharibəsinin əsas silahlarından olan PUA-nın önəminə toxunan Tramp deyib: "Kim düşünərdi ki, dronlar bu qədər böyük bir amilə çevriləcək? Onlar ağır texikaları sıradan çıxarırlar. Bu inanılmazdır. Bir ağacın arxasında gizlənirsən və o gəlib səni tapır. Və mən görmək istəmədiyim səhnələr görmüşəm, sənin də onları görməyini istəmirəm".