İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-York meri Zöhran Mamdaninin mümkün həbslə bağlı açıqlamalarına baxmayaraq BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Benyamin Netanyahu "Fox News" telekanalına müsahibəsində danışıb.
“Bəli, mən Nyu-Yorka gəlmək niyyətindəyəm. Demək olar ki, hər il BMT Baş Assambleyasının sessiyalarında iştirak etmişəm və planlarımı dəyişməyəcəyəm”, - deyə İsrailin baş naziri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Nyu-York meri Zöhran Mamdani Netanyahunun şəhərə səfəri zamanı onun mümkün həbsi məsələsinin nəzərdən keçirilə biləcəyini bildirmişdi.