Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməyə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

"Netanyahu Trampla telefonla danışıb. Baş nazir və prezident tezliklə ABŞ-də görüşmək barədə razılığa gəliblər", - deyə açıqlamada bildirilir.

İsrail Baş naziri Amerika liderinə iki ölkə arasındakı sıx əlaqələrə yüksək qiymət verdiyini deyib.