ABŞ-nin keçmiş prezidenti Barak Obama Donald Tramp administrasiyasının İrana qarşı siyasətini tənqid edərək, müharibədən sonra vəziyyətin faktiki olaraq əvvəlki vəziyyətə qayıtdığını bildirib.
Teleqraf xəbər verir ki, Obamanın sözlərinə görə, əvvəllər İranın nüvə silahı hazırlamamaq öhdəliyini götürdüyü bir razılaşma mövcud idi, lakin Tramp administrasiyası bundan imtina etdi: "Bu, İranın nüvə potensialının artmasına səbəb oldu.İndi müharibədən keçdik, milyardlarla dollar xərclədik, ordumuzu böyük bir yük altına qoyduq, saysız-hesabsız itkilər verdik. İndi sanki müharibədən əvvəlki vəziyyətimizə qayıtdıq, sadəcə bir az daha pis vəziyyətdəyik".