Özbəkistan aviaşirkəti təyyarəsinə Əmir Teymurun adını verəcək

Özbəkistanın "Centrum Air" aviaşirkəti hava gəmilərinə tarixi şəxsiyyətlərin adlarının verilməsi təşəbbüsünə start verib.

Teleqraf xəbər verir ki, bu barədə daşıyıcı şirkətin yaydığı məlumatda bildirilir.

Layihə çərçivəsində şirkətin "Airbus" sərnişin təyyarəsi böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun adını daşıyan ilk bort olacaq.

Şirkətdən verilən məlumata görə, bu təcrübə gələcəkdə də davam etdiriləcək. Belə ki, holdinqin balansında olan bütün 25 təyyarəyə Özbəkistan tarixinə iz qoymuş görkəmli şəxslərin adlarının verilməsi planlaşdırılır.