Özbəkistan və Qırğızıstan strateji tərəfdaşlığı möhkəmləndirir

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Saidov sosial mediada məlumat verib.

“Xalqlarımız arasında dostluq, yaxşı qonşuluq və genişmiqyaslı strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə misilsiz sürətlə möhkəmlənməkdə olduğunu böyük məmnuniyyətlə qeyd etdik. Qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi apardıq, yaxın əməkdaşlıq və dialoqun vacibliyini vurğuladıq”, - nazir bildirib.