Özbəkistan XİN ABŞ-İran razılaşması barədə açıqlama verdi

Özbəkistan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında anlaşma memorandumunun imzalanmasını regional təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm diplomatik nailiyyət kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, açıqlamada hazırkı çətin beynəlxalq mühitdə əldə edilən razılaşmanın gərginliyin azaldılmasına və sülhün əldə olunmasına xidmət edəcək mühüm addım olduğu bildirilib.

Özbəkistan həmçinin razılaşmanın əldə edilməsi üçün lazımi şəraitin yaradılmasına töhfə verən Pakistan və Qətərin səylərini yüksək qiymətləndirərək, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və digər regional tərəfdaşların iştirakını qeyd edib.

Daşkənd danışıqların növbəti mərhələlərinin konstruktiv ruhda davam edəcəyinə və əldə edilən razılaşmaların səmərəli şəkildə həyata keçiriləcəyinə ümid etdiyini, beynəlxalq mübahisələrin diplomatik vasitələrlə həllinin sülh və təhlükəsizliyin təmin edilməsi üçün əsas şərt olaraq qaldığını vurğulayıb.