Pakistanda 5,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, ötən gün axşam saatlarında Pakistanda baş vermiş 5,3 bal gücündə zəlzələdən sonra qeydə alınan növbəti yeraltı təkan olub.
Pakistan Hindistan və Avrasiya tektonik plitələrinin qovuşduğu ərazidə yerləşdiyi üçün dünyanın ən yüksək seysmik riskə malik ölkələrindən biri hesab olunur.