Pandemiya məhdudiyyətlərindən darıxdı, rekord qırdı: 95 gündə 4000 km - FOTO
04:07 14.11.2021
Dünya
586
COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər zamanı darıxan ABŞ sakini hər gün marafon distansiyası qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb. Məlumata görə, o, 95 gündə təxminən dörd min kilometr məsafə qət edib.
Alissa Klarkın sözlərinə görə, 2020-ci ilin mart ayında İtaliyada yaşayıb. Həmin vaxt ölkə hakimiyyəti COVID-19 pandemiyası səbəbindən ilk dəfə olaraq karantin rejimi tətbiq edib. Tezliklə amerikalı qadın çoxdan hazırlaşdığı yay marafonlarının da ləğv olunduğunu öyrənib.
Sherg.az oxu.az-a istinadən bildirir ki, karantin zamanı Klark hər gün marafon məsafəsi (42 km) qaçmaq qərarına gəlir. O, layihənin 15 gün davam edəcəyini düşünüb, lakin bu müddətdən sonra da qaçmağı dayandırmayıb. Qadın ABŞ-a qayıtdıqdan sonra da gündəlik marafonlara vaxt ayırıb. Bəzi günlərdə amerikalı qadın qaçış bandından istifadə etsə də, fürsət düşən kimi küçədə qaçıb. Sonda o, 95 gündə 95 marafon distansiyası qaçıb. Qadın qeyd edib ki, o, 96-cı qaçışa başlayıb, lakin səhhətində yaranan probdlemlər səbəbindən dayanmaq qərarına gəlib. Daha sonra amerikalı qadının koronavirusa yoluxduğu məlum olub.
"Həmişə deyirdim ki, tibb sisteminə lazımsız yük olmaq riski yaranan kimi qaçmağı dayandıracağam. Buna görə də, səhhətim pisləşən kimi qaçmağı dayandırdım", - deyə o bildirib.
Klark tezliklə "Ginnes. Dünya Rekordları"ndan bir mesaj alıb. Təşkilatdan bildirilib ki, o, marafon qaçışlarında ardıcıllıq sayına görə rekord qırıb.
"Mən bu rekordu qırdığım üçün fəxr edirəm, amma ümid edirəm ki, kimsə tezliklə qaçmağa başlayacaq və daha da yaxşı nəticələr əldə edəcək", - deyə amerikalı qadın bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya