Papa XIV Leo müharibələrə milyardlarla dollar xərcləyən liderləri qınayaraq, bir neçə tiranın dünyanı məhv etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Papa cümə axşamı Kameruna səfəri zamanı ABŞ Prezidenti Donald Trampın sosial mediada ona yenidən hücum etməsinə reaksiya verib.
ABŞ-da doğulan ilk Papa XIV Leo da müharibələri haqlı çıxarmaq üçün dini ifadələrdən istifadə edən liderləri qınayırdı.
O, Kamerunun ingilisdilli bölgələrindəki ən böyük şəhərində keçirilən görüşdə "qətiyyətli dəyişiklik" çağırışı edib. Burada on ildir davam edən münaqişə minlərlə insanın həyatına son qoyub.