Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə anti-Rusiya bəyanatlarını müvəqqəti olaraq dayandırmaq barədə ciddi göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşr Ermənistan hökumətinin başçısının komanda yoldaşlarında dediyi sözlərdən sitat gətirib:
“Gedib-qayıdım, sonra son yolu (yekun xarici siyasət kursunu - red.) müəyyən edəcəyik. İndi nə bu tərəf, nə də o tərəfdir”.
Xatırladaq ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bundan əvvəl Nikol Paşinyanın tezliklə Moskvaya səfər edəcəyini açıqlamayıb. Səfərin tarixi bəlli olmasa da, Ermənistan Baş nazirinin Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.