Paşinyan Rusiya ilə münasibətlərin qırılması kursunu seçib - Medvedev

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin qırılması istiqamətində kurs götürüb və bunu açıq şəkildə etiraf etmək lazımdır.

Sherg.az xəbər verir ki, bu barədə "RİA Novosti"nin sualını cavablandıran Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

Daha əvvəl Medvedev qeyd etmişdi ki, Paşinyan bir tərəfdən İrəvanı Avropa İttifaqına yaxınlaşdırmağa çalışır, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqına üzvlüyün verdiyi üstünlükləri qoruyub saxlamaq istəyir. Onun sözlərinə görə, bu siyasət Paşinyanın həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı arasında çətin vəziyyətə düşməsi ilə nəticələnə bilər.

“Adı Nikol Paşinyan olan bir şəxs Rusiya ilə əlaqələrin qırılması kursunu seçib və bunu açıq şəkildə demək lazımdır. Ona elə gəlir ki, müxtəlif siyasi cərəyanlar arasında manevr edərək, ölkəmizlə münasibətləri riskə atmaq bahasına Qərbdə özünə süni nüfuz qazandırmaq mümkündür”, - deyə Medvedev bildirib.