Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ilk xarici səfərlərindən birini Rusiyaya edəcək. O, Yekaterinburqda keçiriləcək "İnnoprom" beynəlxalq sənaye sərgisində iştirak edəcək.
Sherg.az xəbər verir ki, səfər çərçivəsində Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır. Danışıqların sərgi çərçivəsində keçirilməsi və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının da tədbirə qatılması gözlənilir.
Qeyd edək ki, Paşinyanın Rusiyaya son səfəri bu ilin aprel ayında baş tutmuş, o, həmin vaxt Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Ermənistanda parlament seçkiləri isə iyunun 7-də keçirilib.