Pekin müharibənin uzanmasından narahatdır
Yusif Nəzərli
06:30 07.04.2022
Dünya
649
Çin üçün Rusiya-Ukrayna müharibəsində qızıl ortanı tapmaq çətindir
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vang Yi ilə telefon danışığında Rusiyanın Ukrayna torpaqlarını işğalı və Buça qətliamı barədə müfəssəl məlumat verib. Vang Yi Kulebaya bildirib ki, müharibənin davamı beynəlxalq ticarətə və qida təhlükəsizliyinə zərbə vurur. Müharibəyə qədər Çinin Ukraynadan qida məhsullarının idxalıyla bağlı böyük planları var idi. Hazırda bunları reallaşdırmaq mümkün deyil. Nazirlərin telefon danışığı ilə bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayımlayıb. Açıqlamada müharibənin dayandırılmasının Avropa təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb: “Müharibə bütün hallarda bitəcək. Əsas məsələ bundan sonra bölgədə təhlükəsizliyin təminatıdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Şərq”ə bildirib ki, Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını açıq formada ortaya qoyub. Analitik deyib ki, Ukrayna və Çin xarici işlər nazirləri müharibə başlayandan bəri ikinci dəfədir telefonla danışırlar:
“Kiyevin Pekindən iki gözləntisi var. Birincisi, Kiyev istəyir ki, Pekin Rusiyanın işğalçı müharibəsindən məsafə saxlasın, bunu dəstəkləməsin. İkincisi, Pekin müharibənin dayandırılması üçün Kremlə təsir etsin. Pekin ehtiyatlıdır. Çin nə Kremlin işğalçı müharibəsini pisləyir, nə də müharibəyə haqq qazandırır. Ancaq Pekin üçün Rusiya-Ukrayna müharibəsində qızıl ortanı tapmaq çətindir. Çünki bir tərəfdə işğalçı, digər tərəfdə işğala məruz qalan dövlət dayanıb. Bu ikisi arasında bərabərlik işarəsi qoymaq problematikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə