“Pəncə-İldırım” əməliyyatı:“Bu, terrorçulara və qlobal güclərə mesajdır”
Banuçiçək Kalbalıyeva
13:48 26.04.2021
Dünya
703
Türkiyənin müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri ilə “Pəncə-İldırım” əməliyyatının icra mərkəzindəki vəziyyətlə yerində tanış olmaq üçün İraq sərhəddinə gəlib. Hulusi Akarla yanaşı Türk Silahlı Qüvvələrinin daha bir neçə yüksək rütbəli zabiti Hakkarinin Yüksəkova bölgəsindəki 3-cü Piyada Tümən Komandanlığında olub. H.Akara İraqın cənubunda terror qruplaşmasına yönəlik, Avaşin-Basyan bölgəsində keçirilən “Pəncə-İldırım” anti-terror əməliyyatının gedişi ilə bağlı məlumat verilib.
Türkiyəli ehtiyatda olan general Yücel Karauz əməliyyatlar barədə “Sherg.az”a danışdı:
“Məqsəd İraqın şimalında yaradılan dəhlizi dağıtmaq, oradakı terrorçuları zərərsizləşdirmək və separatçıları sərhədlərdən uzaqlaşdırmaqdır. Bunun üçün 6 bölgədə əvvəlcə hərbi hava qüvvələri hücuma keçdilər.
Ardınca isə peşəkar zabitlərin rəhbərliyi ilə xüsusi təyinatlı qoşunlar anti-terror əməliyyatına başladılar. Bu, Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsinin qətiliyini göstərir.
Onu da deyim ki, əməliyyatların aprelin 24-də- ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıdığı gün başlaması Türkiyənin həm terrorçulara, həm də qlobal güclərə mesajıdır. Allah türk əsgərinin köməyi olsun!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq