Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

İranla münaqişə zamanı yaralanan ABŞ hərbçilərinin sayı 624 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun yenilənmiş məlumatında bildirilir.

Məlumata görə, yaralıların 461-i ABŞ Ordusunun hərbçiləridir. Pentaqonun açıqlamasına əsasən, fevralın 28-də başlayan “Epik Qəzəb” əməliyyatı zamanı 417 hərbçi yaralanıb, 14 nəfər həlak olub. İyulun 7-də başlanan digər əməliyyatlar çərçivəsində isə 207 hərbçi yaralanıb, 4 nəfər həyatını itirib.

Beləliklə, hər iki əməliyyat üzrə ümumilikdə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub.