Peskov: Putin "Vahid Rusiya"nın qurultayında iştirak edə bilər

Rusiya Prezidenti Vladimir Putin iyunun sonunda keçiriləcək "Vahid Rusiya" partiyasının qurultayında iştirak edə bilər.

Sherg.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov prezidentin qurultayda iştirakı ilə bağlı sualı cavablandırarkən, "Bunu istisna etmək olmaz", - deyə bildirib.

Qeyd edək ki, iyunun 28-də "Vahid Rusiya"nın seçki kampaniyasına həsr olunmuş qurultayının ilk mərhələsi keçiriləcək. Tədbirdə Dövlət Dumasına seçkilər üçün namizədlərin siyahısının təsdiqlənməsi nəzərdə tutulur.

Jurnalistlərin Putinin partiyanın ümumfederal siyahısına rəhbərlik edib-etməyəcəyi barədə sualına isə Peskov "Bu barədə məlumatım yoxdur" cavabını verib.

Kremlin sözçüsü daha əvvəl də Dövlət Dumasına seçkilərin təxirə salınmasının gündəmdə olmadığını bildirib. Onun sözlərinə görə, prezidentin seçkilərin sentyabrın 20-də keçirilməsi barədə fərmanı qüvvədə qalır.