Yaxın Şərqdəki münaqişənin həllində Moskvanın vasitəçiliyinə hələlik ehtiyac yoxdur.
Teleqraf xəbər verir ki, Kremlin sözçüsü "Vesti"yə müsahibəsində Rusiyanın vasitəçiliyinə hələlik ehtiyac olmadığını deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Moskvanın İrana qarşı təcavüzə dərhal son qoyulmasının tərəfdarı olduğunu vurğulamışdı.
Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdəki münaqişə tərəflərinə vəziyyəti siyasi və diplomatik məcraya qaytarmaq səylərində vasitəçilik və digər yardım göstərməyə hazırdır.