Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib ki, Ukraynada aktiv döyüş əməliyyatları mərhələsi payızda başa çata bilər.
Sherg.az "Associated Press"ə istinadən xəbər verir ki, “INSIDER UA” Telegram kanalının yaydığı məlumata görə, müşavirin açıqlaması bununla məhdudlaşıb və əlavə detallar təqdim olunmayıb.
Bundan əvvəl "Bloomberg" öz mənbələrinə istinadən xəbər vermişdi ki, Vladimir Putin guya 2026-cı ilin sonunadək “xüsusi hərbi əməliyyatı” özünün qələbə hesab etdiyi şərtlərlə başa çatdırmağı planlaşdırır. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin əməliyyatın başa çatması üçün hər hansı konkret vaxt çərçivəsi müəyyənləşdirdiyi barədə məlumatları təkzib edib.
Vladimir Putin isə mayın 9-da etdiyi çıxışda Ukraynadakı münaqişənin sona yaxınlaşdığını bildirmişdi.