
Politoloq: Kipr münaqişəsinin həlli fərqli yolla mümkündür
Politoloq: Kipr münaqişəsinin həlli fərqli yolla mümkündür
Yusif Nəzərli
03:37 06.08.2024
Dünya
485
Söhbət adada yeni konfederativ bir dövlətin qurulmasından gedir
Bunu Bosniya və İsveçrə dövlət modellərinin qarışığı kimi də başa düşmək olar
BMT Baş katibi Antonio Quterreş avqustun 13-də Nyu-Yorkda Kipr münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüş keçirməyi planlaşdırır. O, bu məqsədlə Kipr Prezidenti Nikos Xristodulides və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatara dəvət göndərib. Xristodulides dəvəti qəbul etsə də, Ərsin Tatar geri çevirib. Ekspertlərə görə, Antonio Quterreşin Kipr münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüş təşkil etməsi diqqət çəkir. Ümumiyyətlə, bu təşəbbüs gecikmiş və qeyri-effektivdir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Kipr münaqişəsinin həlli ilə bağlı bir neçə dəfə bənzər təşəbbüslər irəli sürülüb. Ekspert vurğulayıb ki, problemin federativ əsas həlli məsələsi son olaraq 2017-ci ildə Krans-Montana danışıqlarında müzakirə olundu, lakin nəticəsiz qaldı:

"Şimali Kipr buna görə daha danışıqlarda maraqlı deyil. Lakin türk tərəfindən fərqli olaraq yunan tərəfi görüşün keçirilməsində maraqlıdır. Təbii ki, buna səbəb Avropa İttifaqının üzvü olan Kiprin daha üstün olmasıdır. Həmçinin onlar beynəlxalq dəstək almağı da bacarıblar. Kipr məsələsinin nizamlanması münaqişələrin klassik həll modelində mümkün deyil. Yəni adanın Unitar və ya federal birləşməsi çətin ki, baş tutsun. Türk və yunan tərəfləri siyasi görüş fərqinə görə bir arada yaşaya bilməzlər. Bundan başqa ŞKTR-nin müstəqilliyinin tanınması üçün də kifayət qədər imkanlar var. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin tədbirlərində Ersin Tatar da iştirak edir və burada Şimali Kiprin dövlət başçısı olaraq görülür".
T.Rzayev qeyd edib ki, Şimali Kiprin referendum ilə Türkiyəyə birləşmək qərarı da gündəmdədir:
"Amma bunun baş tutması o qədər də real görünmür. Çünki bunu nə yunan tərəfinin, nə də Ankaranın qəbul etməsi mümkün deyil. Hesab edirəm ki, Kipr münaqişəsinin həlli çox daha fərqli bir yolla mümkün ola bilər. Söhbət adada yeni konfederativ bir dövlətin qurulmasından gedir. Bunu Bosniya və İsveçrə dövlət modellərinin qarışığı kimi də başa düşmək olar. Antonio Quterreş Kipr münaqişəsini nizamlamaq istəyirsə, yeni təkliflər irəli sürməlidir. Əks təqdirdə münaqişə həll olunmayacaq, hətta yaxın gələcəkdə vəziyyət yenidən gərginləşəcək. Çünki hazırda məsələnin hərbi yolla həlli tendensiyası sürətlə yayılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm