Proseslər Trampın Rusiyanı addım-addım geri çəkilməyə məcbur etdiyini göstərir -ŞƏRH
10:51 13.02.2025
Dünya
413
Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh sazişinin imzalanma ehtimalı artmağa başlayıb
Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla danışıqlar aparıb. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Peskov bildirib ki, prezident Putin və ABŞ Prezidenti Donald Tramp az öncə telefon danışığını tamamladılar. Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi.
Vladimir Putin və Donald Tramp telefon danışığında şəxsi təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. Qeyd edək ki, Tramp bundan əvvəl də Putinlə telefon danışığı apardığını açıqlamış, ancaq Peskov bu məlumatı təsdiq və ya təkzib etməmişdi.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, bütün proseslər Amerikanın yeni prezidenti Donald Trampın Rusiyanı addım-addım geri çəkilməyə məcbur etdiyini göstərir:
“Yəni Kremlin böyük ümidlə gözlədiyi proses demək olar ki, baş verməyib. Moskvada ümid edirdilər ki, Tramp administrasiya hakimiyyətə gələn kimi Ukraynanın ərazi bütövlüyü hesabına, Rusiyanın maraqlarına uyğun sülh sazişinin imzalanmasını təmin edəcək. Həmçinin Trampın rəsmi Kyevi də sülhə məcbur edəcəklərini düşünürdülər. Lakin Kremlin düşündüyü baş vermədi. Artıq proses addım-addım aparılır. Həmçinin Tramp Rusiyanın çökmə mərhələsində olmasından duyuq düşüb və bu barədə geniş məlumatlar alıb. Buna görə də Tramp Rusiyanı mövcud situasiyanın nə qədər ağır olduğunu inandıraraq geri çəkilmək məcburiyyətində qoyur. Tramp telefon danışıqlarında müəyyən təminatlar almalıdır ki, Putinlə görüşməyin onun üçün əhəmiyyəti olsun. Əgər Tramp Putinlə görüşəcəksə, deməli, hər iki tərəf Ukrayna savaşının dayandırılması istiqamətində hamını qaneə edəcək şərtlər açıqlamaq barədə razılaşacaqlar. Əks halda Tramp Putinlə nəticəsiz və mənasız görüş keçirtməz. Telefon danışıqları Rusiyanın geri çəkilməsinə yönəlik mesajların verilməsinə hesablanıb və bu istiqamətdə müəyyən əlamətlər hiss olunmağa başlayıb. Rusiya əvvəlki qədər sərt mövqe tuta bilmədiyini gizlətməkdə çətinlik çəkir və tədricən geri çəkilir. Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh sazişinin imzalanma ehtimalı artmağa başlayıb. Tramp-Putin görüşü Rusiyanın ABŞ-nin qoyduğu şərtlər daxilində sülhə getməyə yaxınlaşması deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol