Rusiyanın Federasiya Şurası Konstitusiya Komitəsinin üzvü Aleksey Puşkov, ABŞ-nin İrana qarşı hücumunun heç bir məqsədə nail olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı həyata keçirdiyi raket və bombalı hücumlar, 13 min zərbəyə baxmayaraq, əsas məqsədlərə - rejim dəyişdirmək və ya İranın raket potensialını məhv etmək uğuruna nail olmayıb.
Sherg.az xəbər verir ki, Puşkov, ABŞ-ın quru əməliyyatı perspektivlərini ümumilikdə skeptik qiymətləndirir və əlavə edib ki, ABŞ İranın böyük ərazisi üzündən onu işğal edə bilməz. Həmçinin, Vaşinqtonun bir neçə raket buraxılış mərkəzini ələ keçirməsinin də mümkün olmayacağını vurğulayıb.
O, bu əməliyyatın iki əsas məqsədinin olduğunu qeyd edib: birincisi, administrasiyanın hərəkət etdiyini göstərmək, ikinci isə İrandakı ABŞ hərbi mövcudluğunu əlavə təzyiq vasitəsi olaraq istifadə etmək. Lakin Puşkov, birinci məqsədin yalnız PR olduğunu, ikincisini isə xəyali olduğunu bildirib.