Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər

“Oreşnik” sistemi nüvə başlıqları ilə təchiz edilə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Rusiya “Kinjal” sistemini, qeyri-nüvə versiyasının dəqiqliyini artırmağı davam etdirir.

Rusiya Prezidenti “Poseydon” və “Burevestnik” sistemləri üzərində işin son mərhələdə olduğunu qeyd edib.

“Sarmat”ın dünyanın ən güclü raket sistemi olduğunu deyən Putin vurğulayıb ki, onun ümumi döyüş başlığı istənilən oxşar sistemdən dörd dəfə çoxdur.

O əlavə edib ki, “Sarmat”ın mənzili, suborbital trayektoriyası sayəsində 35 min kilometri keçir və dəqiqliyi ikiqat artırılıb.