Putin Rusiya ordusunun hərbi qulluqçularının sayını artırdı - 25 min nəfər

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat üzrə hərbi qulluqçularının sayının 25 min nəfər artırılması barədə fərman imzalayıb.

Sherg.az xəbər verir ki, qərar Silahlı Qüvvələrdə hərbi-tikinti bölmələrinin yaradılması ilə əlaqədar qəbul edilib.

Yeni fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 426 130 nəfərə, o cümlədən hərbi qulluqçuların sayı 1 535 000 nəfərə çatdırılıb. İyun ayında təsdiqlənmiş əvvəlki fərmana görə isə ordunun ümumi ştat sayı 2 399 130, hərbi qulluqçuların sayı isə 1 510 000 nəfər idi.