Putin: Rusiya tankerlərə hücumlara cavab olaraq Ukrayna limanlarına...

Rusiya Qara dənizdə tankerlərə hücumlara cavab olaraq Ukrayna limanlarına və gəmilərinə zərbələri genişləndirəcək.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Əgər tankerlərə hücumlar davam edərsə, biz Ukraynaya kömək edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərini nəzərdən keçirəcəyik. Ümid edirəm ki, Kiyev və onun arxasında dayananlar Qara dənizdə gəmilərə hücumları davam etdirmək barədə düşünəcəklər", – deyə Putin bildirib.