Putinin Stalin sevdası: «Rusiya SSRİ - nin taleyini yaşaya bilər” – Parçalanma !
Banuçiçək Kalbalıyeva
08:44 18.02.2021
Dünya
812
«NATO üzvü aparıcı ölkələrin istər təklikdə, istər birlik səviyyəsində uğurları Rusiyadan dəfələrlə üstündür»
«Potensial qarşıdurmalarda çeçen və dağıstanlı mücahidlər Moskvadan revanş alacaq"
«Dünya ikinci soyuq savaşa başlayıb. Demokratlar demokrat ola bilməyənləri birdəfəlik yox edəcəklər»
Son günlər NATO ilə Rusiya arasında münasibətlər yeni- daha kəskin bir mərhələyə çatıb. Ötənlərdə NATO- nun baş katibi Yens Stontelberq açıqlama verdi ki, toqquşmaya hazırıq, əməkdaşlığa isə şad olarıq. Kreml artıq əvvəlki deyil. Özünü hegemon kimi göstərməyə çalışsa da, "asıb- kəsməyə" gücü çatmayıb. Bir tərəfdən isə "ağalıq" ənənəsi var. Elə isə tərəflər arasındakı münasibətlər necə inkişaf edəcək? Moskva, nəhayət ki, gücünün qalmadığını etiraf edərək, konstruktiv mövqe tutacaq, yoxsa NATO ilə "rus ruleti" oynayacaq?
Hərbi- siyasi ekspert Həşim Səhrablı ehtimalları "Sherg.az"a dəyərləndirdi:
"NATO və Rusiya arasında toqquşma durmadan böyüyür. Yeni Stalin sevdası Putini məhv etməliydi. Etməyə doğru yön alır.
Rusiya qısa zamanda hərbi gücünü NATO-nun sahib olduğu elmi-texniki tərəqqiyə çatdırmasa, SSRİ- nin taleyini yaşaya bilər. Yəni yeni parçalanma görə bilərik. Yox, Rusiya bu gücə çatarsa, onda bizim də gələcəyimiz ciddi suallar altında qalacaq.
Hazırda, Rusiyanın hərbi sahədə elmi-texniki tərəqqisinin NATO dərəcədə uğurlu olmadığı açıq-aşkar görünür. NATO üzvü aparıcı ölkələrin istər təklikdə, istər birlik səviyyəsində uğurları Rusiyadan dəfələrlə üstündür. Məsələn, Azərbaycan üçün də əvəzedilməz faktor olan Türkiyə amilinə nəzərə almaq kifayət edir.
Türkiyənin canlı qüvvə potensialı 30 milyonun üzərində olduğu halda, bu rəqəm Rusiyada 40-45 milyondur. Onların da müəyyən qismi müsəlman prizmasına sahibdir. Yəni potensial qarşıdurmalarda çeçen və dağıstanlı mücahidlər Moskvadan revanş alacaq".
H.Səhrablının fikrincə, Kreml NATO ilə bacarmaz: "Texniki sahədə Rusiya Türkiyədən üstün görünsə də, PUA amili qüvvələr nisbətində ciddi dəyişiklik edib. Həmçinin Türkiyə NATO səviyyəsində qorunacaq. Ən əsası, Türkiyənin F-16 qırıcıları NATO səviyyəsində ikinci sinif hesab edilsə də, Rusiyada F-16-dan effektiv döyüş qırıcıları hələ də yoxdur.
Dünya ikinci soyuq savaşa başlayıb. Mediada bunlar danışılmır, danışılmayacaq. Ancaq hər şey bitdikdən sonra tarix yazılanda xəbər tutacağıq.
Amma görünən odur ki, zahirən demokrat olanlar, özünə zəhmət verib görünüşdə belə, demokrat ola bilməyənləri birdəfəlik yox edəcəklər.
Qərb udacaq, Şərq uduzacaq.
Şərqli olaraq uduzmamağın tək yolu, Qərb ilə demokratiya oyununa davam etməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə