Fransanın sabiq prezidenti Şarl de Qollun nəvəsi, Xalqlar Arasında Sülh və Dostluq Fondunun rəhbəri Pyer de Qoll Rusiya Prezidenti Vladimir Putini "müdrik insan" adlandırıb.
Sherg.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində danışıb.
Pyer de Qoll bildirib ki, Rusiya liderinə dərin hörmət bəsləyir. Onun sözlərinə görə, Vladimir Putin tarazlığın və sülhün qorunmasına çalışır.
O, həmçinin hesab etdiyini bildirib ki, Qərb mövcud siyasətini iqtisadi, mənəvi və coğrafi səbəblərdən uzunmüddətli perspektivdə davam etdirə bilməyəcək.
Pyer de Qoll Avropa ölkələrinin Rusiya ilə dialoq və tərəfdaşlığa hazır olmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, sonda sağlam düşüncə və siyasi iradə üstün gələcək.