Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, uzun müddətdir Gürcüstanda qaynar prosesə start verilib. Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar: “Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir. Xüsusən Saakaşvili ilə bağlı məsələ Avropa İttifaqına üzvlük məsələsində "çəkic" rolunu oynaya bilər. Həmçinin gürcü cəmiyyətində "Şengen vizası", Avropaya asan gediş-gəliş və azad biznes strukturları rəsmi Tbilisiyə təzyiqi təşkil etmək baxımından Qərbin əlində ciddi kozurlardır”.
Qaynar proses: ABŞ-Gürcüstan münasibətlərini nə gözləyir?
Yusif Nəzərli
06:28 30.05.2024
Dünya
401
Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar “Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir”
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, uzun müddətdir Gürcüstanda qaynar prosesə start verilib. Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar: “Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir. Xüsusən Saakaşvili ilə bağlı məsələ Avropa İttifaqına üzvlük məsələsində "çəkic" rolunu oynaya bilər. Həmçinin gürcü cəmiyyətində "Şengen vizası", Avropaya asan gediş-gəliş və azad biznes strukturları rəsmi Tbilisiyə təzyiqi təşkil etmək baxımından Qərbin əlində ciddi kozurlardır”.
Gürcüstanda qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” Qanunu ölkə Prezidenti Salome Zurabişvilinin əvəzinə parlamentin spikeri Şalva Papuaşvili imzalaya bilər.
Bu barədə Papuaşvili TASS-a açıqlama verib. Onun sözlərinə görə, sənəd mayın 28-də imzalanması üçün Prezident Administrasiyasına göndərilib, lakin dövlət başçısının onu imzalamayacağı gözlənilir: “Hazırda sənədin imzalanmasını gözləyirik. Aydındır ki, Zurabişvili böyük ehtimalla onu imzalamayacaq. Ona görə də qanunu mən imzalayacağam”. Qeyd edək ki, prosedura əsasən, qanun veto ləğv olunduqdan sonra 3 gün ərzində yenidən imzalanması üçün prezidentə göndərilir. Əgər dövlət başçısı 5 gün ərzində onu imzalamazsa, qanun parlamentin spikeri tərəfindən imzalanır və qüvvəyə minir.
Onu da xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə mətbuat konfransında bildirib ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına əngəl olacaq.
M.Millerin sözlərinə görə, sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. Bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur".
Maraqlıdır, qanunun təsdiqindən sonra ABŞ-Gürcüstan münasibətləri hansı səviyyəyə yönələcək? Vaşinqtonun Tbilisiyə sanksiyalar tətbiq etməsi nə dərəcə realdır?
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, uzun müddətdir Gürcüstanda qaynar prosesə start verilib. Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar: “Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir. Xüsusən Saakaşvili ilə bağlı məsələ Avropa İttifaqına üzvlük məsələsində "çəkic" rolunu oynaya bilər. Həmçinin gürcü cəmiyyətində "Şengen vizası", Avropaya asan gediş-gəliş və azad biznes strukturları rəsmi Tbilisiyə təzyiqi təşkil etmək baxımından Qərbin əlində ciddi kozurlardır”. Q.Hüseynlinin sözlərinə görə, Gürcüstan hökuməti ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir. Bunun üçün də təklif edir ki, ABŞ Gürcüstan istiqamətində dəsti-xəttini dəyişdirsin, Gürcüstanın daxili işlərinə qarışmasın: “Əgər bu gün Gürcüstan ABŞ-nin şərtlərini yerinə yetirsə, onların tələbləri ilə oturub-dursa, cari siyasətində dəyişiklik etməli olacaq. Yəni Gürcüstanın sabah hansısa bir qanun layihəsi və yaxud da digər addımlar atmaq ərəfəsində yenə də ABŞ-nin təzyiqləri ola bilər. Bu artıq bir reallıqdır ki, qərbin təsir dairəsində olan hansısa bir ölkə müstəqil siyasət yürütməyə başlayanda təhdidlər artır. Bir sözlə, bu gün Gürcüstan qərbin təzyiqlərinə boyun əyərək sözügedən qanunun təsdiqindən imtina etsə, sabah da qərbin tələblərinə boyun əyməli olacaq. Bu halda da Gürcüstanın suverenliyindən danışmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm