Qazaxıstanda matəm elan edildi

Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbi qulluqçularla əlaqədar sentyabrın 25-də ümummilli matəm elan edilib.

Axar.az Akordaya istinadla xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev imzalayıb.

Qeyd edək ki, bu gün Xəzər dənizində təlimlər zamanı Qazaxıstanın 19 hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub.