
Qərb İranda istəyinə çatacaq!
Yusif Nəzərli
12:25 08.05.2023
Dünya
611
“Etirazların nəticəsində molla rejiminin devrilməsi və hakimiyyətin dəyişməsi ehtimalı da var”
İranda din xadimləri ilə rejim arasında çatlar yaranır.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.
Bildirilib ki, son bir ay ərzində İranda din xadimlərinə qarşı hücumlar artıb: “Aprel ayında din xadimlərinə qarşı 4 hücum olub. Belə insidentlər əvvəlki aylara nisbətən bir neçə dəfə artıb”.
Həmçinin qeyd olunub ki, İranda edamların da sayı artıb:
“İran hakimiyyəti son bir həftə ərzində ən azı 42 vətəndaşı edam edib. Bununla bağlı olaraq xüsusilə Sistan və Bəlucistan əyalətlərində rejim əleyhinə əhvali-ruhiyyə yenidən güclənə bilər".
Qərb analitiklərinin fikrincə, ölkədə hakimiyyət əleyhinə etirazlar daha da güclənə bilər.
Qeyd edək ki, bu il fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

ABŞ-ın Araşdırmalar İnstitutunun açıqlamasını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov vurğulayıb ki, İrandakı aksiyalar ya Qərbin əli ilə təşkil olunub, ya da Vaşinqton bu vəziyyətdən istifadə edir:
"Yəni hazırda Amerika Cənub qonşumuzda baş verən aksiyaların uzanmağında maraqladır və buna təsir etmək gücünə malikdir. Çünki bu gün ABŞ və müttəfiqlərinin üç əsas rəqibi var. Bunlar Rusiya, Çin və İrandır. Artıq Kreml Ukraynada bataqlığa salınıb. Rəsmi Tehran isə daxili aksiyalar ilə zəiflədilir. Bu mənada artıq etirazlar Qərbin maraqlarına uyğundur".
Analitikin sözlərinə görə, etirazların yaxın zamanlarda səngiməsi gözlənilən deyil:
"Güman edirəm ki, bu proses davam edəcək. Hətta gələcəkdə mitinqlərin daha da kəskinləşəcəyini proqnozlaşdıra bilərik. Çünki bu etirazların sakitləşməsi təkcə rejimdən asılı deyil. Burada kifayət qədər təsir gücünə malik olan kənar qüvvələr də var. Buna görə də konkret nəticələr əldə edilməmiş, aksiyaların başa çatmayacağını düşünürəm. Digər tərəfdən bu etirazların nəticəsində molla rejiminin devrilməsi və hakimiyyətin dəyişməsi ehtimalı da var. Amma istənilən halda Qərb öz istəyinə çatacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya