Yaponiyada qida israfının qarşısını almaq məqsədilə maraqlı kampaniyaya start verilib. Məşhur aktyor Tatsuya Fujiwaranın şəkli təxminən 10 min kahının qablaşdırılmasına yerləşdirilib.
Sherg.az xəbər verir ki, Ajinomoto və JA Zen-Noh Nagano şirkətlərinin birgə həyata keçirdiyi kampaniya həm kahı satışlarını artırmağı, həm də qida tullantılarını azaltmağı hədəfləyir.
Qablaşdırmaların üzərindəki QR kod vasitəsilə alıcılar kahıdan müxtəlif yeməklərin hazırlanmasına dair reseptlərə çıxış əldə edə bilirlər. İyulun 21-də başlayan kampaniya məhsul ehtiyatları tükənənədək davam edəcək.