Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi xarici elektrik təchizatının olmaması səbəbindən Zaporojye AES-in 10 gündən sonra tamamilə sönə biləcəyini elan edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, hazırda stansiyanın meydançasında enerji bloklarının qəza rejimində fəaliyyəti üçün cəmi 10 günlük dizel yanacağı ehtiyatı mövcuddur. Bu isə beynəlxalq normativlərin tələb etdiyi ən minimal həddir. Qrossi vurğulayıb ki, may ayına planlaşdırılan yanacaq tədarükü ərazidəki aktiv hərbi əməliyyatlar səbəbindən təxirə salınıb.