Raketlər hədəfə tuşlanıb: “...Rusiya Ukraynanı parçalayacaq”
Banuçiçək Kalbalıyeva
14:50 05.04.2021
Dünya
814
“Rəsmi Kiyevin NATO-nu öz hava məkanında birgə patrul keçirməyə çağırması və Rusiya ordusunun Krıma minlərlə əsgər və hərbi texnika göndərməyə davam etməsi savaş ehtimalını getdikcə gücləndirir”.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Doğrudan da, iki ölkə arasında münasibətlər getdikcə ziddiyətləşir. Proseslərin inkişafı hərbi əmliyyatları qaçılmaz edir.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli potensial savaşın nə ilə nəticəsi barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Baş verənlər Rusiya və NATO-nun bir-birinə qarşı “əzələ nümayişi”dir. Digər “bufer” dövlətlər kimi, Ukrayna isə sadəcə poliqon rolunu oynayır. Müharibənin başlanması üçün ciddi səbəb olmalıdır.
Məsələn, rəsmi Kiyev Rusiyaya qarşı hansısa akt həyata keçirməlidir. Lakin şimal qonşumuzun coğrafi koordinatları, regiondakı hərbi hazırlığı, həmçinin strateji mövqeyi onu deməyə əsas verir ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə, Rusiya Ukraynanın yarısını tutacaq. Yəni faktiki olaraq onu parçalayacaq.
Ardınca NATO-nun regiondakı müttəfiqləri Bolqarıstan və Ruminiya sıradan çıxarılacaq. Ümumiyyətlə, rəsmi Moskva rəqiblərinə qarşı ciddi müqavimət göstərməyə başlayacaq”.
Ə. Əlibəyli, həmçinin Qərbin Ukraynaya dəstəyindən də danışdı:
“Rusiyanın Ukraynanı mühasirəyə salmaq imkanı var. Belə olsa, NATO qüvvələri yalnız bir istiqamətdən- boğazlar vasitəsilə Türkiyədən çıxış əldə edə bilərlər. Düzdür, hazırda raketlər bir-birlərinə qarşı tuşlanıb. Ancaq reallıq budur ki, NATO-nun bölgədəki müttəfiqləri Rusiyaya nisbətən daha az təşkilatlanıb. Eyni zamanda tərəflər arasında sonuncu-2008-ci ildə olan toqquşma Qərbin hərbi müttəfiqliyinin sadəcə açıqlamalarla kifayətləndiyini göstərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya