Kot-d'İvuarda son günlər baş verən daşqınlar nəticəsində 59 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə hökumətin sözçüsü Amadu Kulibali "Reuters" agentliyinə bildirib.
Onun sözlərinə görə, daşqınlar nəticəsində ölkə üzrə 59 nəfər həyatını itirib.
Ən çox insan itkisi ölkənin iqtisadi paytaxtı Abidjanda qeydə alınıb. Ən böyük zərər isə əsasən aztəminatlı əhalinin yaşadığı Attekube və Yopuqon məhəllələrinə dəyib.