Romanenko: Putin qeyri-adekvat vəziyyətə düşüb!

Rusiya lideri Vladimir Putin qeyri-adekvat vəziyyətə düşüb və Ukraynaya qarşı bütün mövcud silahlardan istifadə etməyə göstəriş verib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko deyib.

"O, qisasçıdır və buna görə də "Oreşnik" da daxil olmaqla, mümkün olan hər şeyi istifadə etmək üçün müvafiq əmr verib. Və maksimum dərəcədə hər şey",- o bildirib.

Romanenko vurğulayıb ki, zərbələrin mülki hədəflərə endirildiyini nəzərə alsaq, bu, terrorçunun və ya küncə sıxılmış heyvanın davranışıdır:

"Təəssüf ki, o, hələ də tam olaraq küncə sıxışdırılmayıb".