Rusiya Belarusdan benzin idxalını tarixi maksimuma çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Qiymət İndeksləri Mərkəzinin iyun hesabatında bildirilib.
Məlumata görə, iyunun 1-dən 25-dək idxal 141 min tona çatıb ki, bu da may ayının bütün tədarük həcmindən 2,4 dəfə çoxdur. Ötən ilin iyun ayında isə Belarusdan benzin idxalı cəmi 1000 ton təşkil edib.
Qeyd olunub ki, Rusiyaya ixracın artması ilə Belarusun digər ölkələrə benzin tədarükü azalıb.