Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı vilayətindəki Novaya Seç və Donetsk vilayətindəki Svetloye yaşayış məntəqələrinə nəzarətin ələ keçirildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, nazirliyin məlumatına görə, Novaya Seç "Şimal", Svetloye isə "Mərkəz" qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.
Ukrayna tərəfi hələlik bu iddialara münasibət bildirməyib.