Rusiya Prezidenti Vladimir Putin döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin deportasiyasını qadağan edən qanun imzalayıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, yeni müddəalar müqavilə əsasında xidmət etmiş və ya xidmət etməyə davam edən xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.