Rusiya üçün yaxşı bir şey görmürəm, Ukrayna isə... - Milyarder

Hazırda Rusiya üçün yaxşı bir şey görmürəm, amma bir addım hər şeyi dəyişə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı milyarder Şalva Çigirinski ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Ukraynanın gələcəyi artıq hiss olunur. Ukrayna prezidenti son dövrlərdə bütün ölkələrə səfər edib. Ukrayna dünya gücünə çevrilib. Hərbi sənayesi inkişaf edərək güclənir. Ukrayna həmişə sənaye ölkəsi olub. Ukrayna xalqı isə ümumiyyətlə bacarıqlıdır. Ən yaxşısı onlara toxunmaq lazım deyil. Ümumiyyətlə, heç bir xalqa toxunmaq lazım deyil. İnsanlar öz torpaqlarında yaşayırlar, qoy yaşasınlar”, - Çigirinski bildirib.

Qeyd edək ki, milyarder Şalva Çigirinski hazırda Monakoda yaşayır.