
Rusiya-Ukrayna müharibəsinin qırılma nöqtəsi! - Döyüş meydanından masaya keçid? – Türkiyəyə ümid var!
Yusif Nəzərli
11:24 06.04.2022
Dünya
871
Aprelin 4-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. Danışıq zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib.Mövlud Çavuşoğlu Türkiyənin Ukrayna-Rusiya müharibəsində mövqeyinin dəyişməz olduğunu bildirib.

Analitik Aqşin Kərimov Türkiyənin Ukrayna-Rusiya müharibəsindəki rolundan “Sherg.az”a danışarkən bildirib ki,rəsmi Ankara hər iki tərəfin tərəzisində etibarlı tərəfdaş statusunu qazanıb:
“Onun hazırkı mövqeyi hər iki tərəfi qane edir. Hərçənd ki, Rusiya Türkiyəni Ukrayna məsələsində öz orbitində görmək istəyirdi. Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması Ukraynanı qətiyyən narahat etmir. Çünki rəsmi Ankara Ukraynaya lazım olan dəstəyi nümayiş etdirir. Türkiyə hazırda müharibə alovunun sönməsi və sülhün təmini üçün çalışır və vasitəçilik missiyasında önə çıxır”.
A.Kərimov martın 29-da Türkiyədə baş tutan Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünə diqqət çəkib:
“İstanbulda danışıqlar başlayandan sonra Rusiya qoşunlarının bir hissəsini işğal etdiyi ərazilərdən çəkib. Bu əsasən Rusiyanın hərbi uğursuzluğuna görə baş versə də, belə nəticənin hasil olmasına İstanbul danışıqları da rol oynayıb.
Yəni Rusiya üçün razılaşma görüntüsü fonunda “qürurlu” geri çəkilmə görüntüsü lazım idi, bunu İstanbul danışıqları vasitəsilə etdi”.
Siyasi şərhçinin qənaətincə, bundan sonra Ukraynada döyüşlərin davam edəcəyi, əsasən ölkənin şərq və cənub istiqamətlərində döyüşlərin şiddətlənəcəyi gözlənilir:
“Hazırda tərəflər döyüş meydanından masaya maksimalist tələblərlə getmək üçün hərbi əməliyyatları davam etdirirlər.
Ümumilikdə Türkiyənin vasitəçilik səyləri sülh üçün ümidləri cücərdir. Lakin rəsmi Ankaranın sülh prosesindəki rolu Qərbdəki bəzi dairələri qıcıqlandırır.
Bu mənada Türkiyəyə qarşı propaqanda dalğasının yeni mərhələsinin başlanması da gözləniləndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə